İŞEMİK İNSULT OLAN XƏSTƏLƏRDƏ YUXU ARTERİYASI ATEROSKLEROZUNUN SONOQRAFİK XÜSUSİYYƏTLƏRİ

Авторы

  • R.Ya. Abdullayev Xarkov Milli Tibb Universiteti
  • A.S. Yefimenko Xarkov Milli Tibb Universiteti
  • L.A. Sysun Xarkov Milli Tibb Universiteti
  • A.V. Loqvinenko Xarkov Milli Tibb Universiteti
  • N.F. Posoxov Ukrayna Milli Tibb Elmləri Akademiyası Nevrologiya, Psixiatriya və Narkologiya İnstitutunun Neyrocərrahlıq şöbəsi
  • R.R. Abdullayev Xarkov Milli Tibb Universiteti
  • T.A. Dudnik Poltava Dövlət Tibb Universiteti
  • A.Q. Kiriçenko Ukrayna Səhiyyə Nazirliyinin Tibbi və Sosial Əlillik Problemləri üzrə Ukrayna Dövlət Tədqiqat İnstitutu
  • N.V. Tomax Ukrayna Səhiyyə Nazirliyinin Tibbi və Sosial Əlillik Problemləri üzrə Ukrayna Dövlət Tədqiqat İnstitutu

DOI:

https://doi.org/10.34921/amj.2024.1.001

Ключевые слова:

sonografiya, işemik insult, yuxu arteriyasının aterosklerozu

Аннотация

Məqalədə gənc, orta və ahıl yaşda işemik insult (İİ) keçirən 127 xəstənin (orta yaş 56±7 il) yuxu arteriyası aterosklerozunun sonoqrafik xüsusiyyətlərinin araşdırılmasına dair məlumat verilir. Müqayisə qrupunu 51 nəfər ürək-damar xəstəliyi riski müəyyən edilmiş, lakin anamnezində insult qeyd edilməyən şəxs təşkil etmişdir.
Müəyyən edilmişdir ki, əsas qrupun xəstələrində arterial hipertenziyaya və 2-ci tip şəkərli diabetə müqayisə qrupundakına nisbətən statistik etibarlı şəkildə çox rast gəlinir. Yuxu arteriyalarında aterosklerotik düyünlərin lokalizasiya etməsinin insultun gedişindən asılılığı müəyyənləşdirilmişdir. Xəstələrdən 79 nəfərdə (62,2±4,3%) insultun gedişi ağır, 27 nəfərdə (21,3+3,6%) orta, 21 nəfərdə (16,5±3,3%) yüngül olmuşdur.
Tədqiqat göstərmişdir ki, ağır gedişli insult keçirən xəstələrdən 73,4±5,0%-də yuxu arteriyası bifurkasiyasından 2 sm aralıda yerləşən 3-cü seqmentdə aterosklerotik düyün olur. Ağır gedişli insult olan xəstələrdə 2 (62,0±5,5%) və 3 (48±5,6%) seqmentdə birlikdə aterosklerotik düyünə rast gəlinmiş, intima-media qişalarının qalınlığı 2,41±0,34 mm və aterosklerotik düyünlərin diametri 3,62±4,3 mm olmuş, həmçinin yuxu arteriyasının stenozu (62,5±6,7%) daha çox yayılmışdır.

Downloads

Download data is not yet available.

Опубликован

2024-03-28

How to Cite

Abdullayev, R., Yefimenko, A., Sysun, L., Loqvinenko, A., Posoxov, N., Abdullayev, R., Dudnik, T., Kiriçenko, A., & Tomax, N. (2024). İŞEMİK İNSULT OLAN XƏSTƏLƏRDƏ YUXU ARTERİYASI ATEROSKLEROZUNUN SONOQRAFİK XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 5–12. https://doi.org/10.34921/amj.2024.1.001

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR