YAŞLI XƏSTƏLƏRDƏ QARNIN ÖN DİVARI YIRTIQLARININ CƏRRAHİ MÜALİCƏSİNDƏN ALINAN NƏTİCƏLƏRİN YAXŞILAŞDIRILMASINA DAİR

Авторы

  • B.D. Haqverdiyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu; Yevlax rayon Mərkəzi Xəstəxanası

DOI:

https://doi.org/10.34921/amj.2024.1.007

Ключевые слова:

yırtıq, zəriflik, əməliyyat, ağırlaşma

Аннотация

Tədqiqatın məqsədi qarnın ön divarının yırtığı olan, yüksək zəriflik indeksli yaşlı xəstələrin cərrahi müalicəsinin yaxşılaşdırılması məqsədilə yeni müalicə taktikasının effektivliynin öyrənilməsi olmuşdur. Kontrol qrupunda olan (n=43) xəstə ənənəvi qaydada əməliyyatdan sonrakı müalicə almışdır. Əsas qrup xəstələrdə (n=49) müəllifin təklif etdiyi üsulla müalicə aparılmışdır: bütün xəstələrə nazoqastral zond qoyulmuş, mərkəzi vena kateterizasiya edilmiş, genişspektrli antibiotik infuziyası, mərkəzi venoz təzyiqi və arterial təzyiqi stabilləşdirmək şərtilə vena daxilinə kolloid və kristalloid məhlulların infuziyası aparılmış və xəstələr 6 saat ərzində əməliyyata götürülmüşdür. Əməliyyatdan sonrakı erkən dövrdə intensiv terapiya şöbəsində tənəffüs gimnastikası, erkən per os qidalanma, ağrının idarə edilməsi üçün epidural kateter vasitəsilə ağrıkəsicilərin istifadəsi, erkən hərəkətə başlama və beynin funksional aktivliyinin artırılması üçün kognitiv məşqlər icra edilmişdir. Əsas və kontrol qruplarında alınmış nəticələrin müqayisəsi göstərmişdir ki, Clavien-Dindo klassifikasiyasına görə II və III sinif ağırlaşmalara kontrol qrupunda daha çox rast gəlinmişdir. Xəstələrin əməliyyatdan sonrakı hospitaldaxili vəziyyətləri əsas qrupda daha yaxşı olması ilə seçilmişdir. Təklif etdiyimiz yeni metodun effektivliyi qanda iltihab əlamətlərinin daha mülayim olması ilə öz təsdiqini tapmışdır.

Downloads

Download data is not yet available.

Опубликован

2024-03-28

How to Cite

Haqverdiyev, B. (2024). YAŞLI XƏSTƏLƏRDƏ QARNIN ÖN DİVARI YIRTIQLARININ CƏRRAHİ MÜALİCƏSİNDƏN ALINAN NƏTİCƏLƏRİN YAXŞILAŞDIRILMASINA DAİR. Azərbaycan Tibb Jurnalı, (1), 45–48. https://doi.org/10.34921/amj.2024.1.007

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR