SOMATİK PATOLOGİYASI OLAN KİŞİLƏRDƏ EREKTİL DİSFUNKSİYANIN KLİNİK ƏLAMƏTLƏRİ

Авторы

  • R.S. Rzayev Avrasiya Hospital

DOI:

https://doi.org/10.34921/amj.2024.1.014

Ключевые слова:

somatik patologiya, erektil disfunksiya, kardiovaskulyar xəstəliklər

Аннотация

Məqalədə somatik patologiyası olan kişilərdə erektil disfunksiyanin klinik əlamətlərinin xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə tədqiqata 2016-ci ildən 2020-ci ilə qədər erektil disfunksiya (ED) diaqnozu ilə müalicə almış, yaşı 25-dən 65-ə qədər olan 117 pasiyent cəlb edilmişdir. Pasiyentlər 2 qrupa bölünmüşdür: I qrup: venoz ED olan xəstələr - 75 kişi və II qrup: qarışıq venoz-arterial ED olan xəstələr - 42 kişi. Tədqiqat göstərmişdir ki, qruplar üzrə ED-nin xüsusiyyətləri arasında olan fərqlərdə hemodinamika pozulmalarının şiddəti arasında asılılıq vardır. Venoz mənşəli ED olan xəstələr qrupunda 45 pasiyentdə (60,0±5,7%) libido saxlanmışdır; qarışıq ED olan ikinci qrupda bu göstərici 1,48 dəfə aşağı olmuş və 40,5±7,6% (17 xəstə) təşkil etmişdir. I qrupda libidonun zəifləməsi 21 xəstədə (28,0±5,2%); II qrupda - 16 pasiyentdə (38,1±7,5%) qeydə alınmışdır. Cinsi həvəsin olmamağına hər bir qrupda 9 nəfərdə rast gəlinmişdir. Bu isə birinci qrup üzrə 12,0±3,8%, II qrup üzrə 21,4±6,2% təşkil etmişdir (yəni II qrupda birinciyə nisbətən 1,78 dəfə çox olmuşdur). Xəstələrdə erektil funksiyanın tükənməsinin ağır formaları üstünlük təşkil etmişdir; friksiya zamanı ereksiyanın zəifləməsi və ya yox olması I qrupda xəstələrin 61,3±5,6%-də, II qrupda isə 42,9±7,6%-də qeydə alınmışdır. Ereksiyanın tamamilə olmaması yalnız II qrupda olan xəstələrdə (8 nəfər, 19,0±6,1%) qeydə alınmışdır. Yalnız I qrupda 17 pasiyentdə (22,7±4,9%) və II qrupda 12 xəstədə (28,6±7,0%) introeksiya ilə bərabər, zəifləmiş ereksiyalar müşahidə edilmişdir.

Downloads

Download data is not yet available.

Опубликован

2024-03-28

How to Cite

Rzayev, R. (2024). SOMATİK PATOLOGİYASI OLAN KİŞİLƏRDƏ EREKTİL DİSFUNKSİYANIN KLİNİK ƏLAMƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 91–95. https://doi.org/10.34921/amj.2024.1.014

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR