UŞAQLARDA KƏSKİN ÖVRƏNİN KLİNİK-ANAMNESTİK XÜSUSİYYƏTLƏRİ VƏ XƏSTƏLƏRİN AĞIZ BOŞLUĞUNDA SEKRETOR IgA SƏVİYYƏSİ

Авторы

  • A.C. Şixəmmədova Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2024.1.017

Ключевые слова:

kəskin övrə, uşaqlar, sekretor IgA

Аннотация

Məqalədə kəskin övrə diaqnozu qoyulmuş uşaqların klinik anamnestik xüsusiyyətlərinin öyrənilməsi və bu xəstəlik zamanı ağız boşluğunda sekretor IgA səviyyəsinin araşdırılması məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilir. Əsas tədqiqat qrupuna kəskin övrə diaqnozu qoyulmuş 80 uşaq, kontrol qrupa isə 20 praktik sağlam uşaq daxil edilmişdir . Tədqiqata cəlb edilmiş xəstə və sağlam uşaqların ağız suyundakı SIgA (sekretor IgA) – immunofermet analizi ( İFA) metodu ilə Medispec-6000 aparatında təyin edilmişdir. Tədqiqat göstərmişdir ki, kəskin övrə xəstəliyi diaqnozu ilə tədqiqata cəlb edilmiş uşaqlar arasında yaşı 3-dən 6-ya qədər olanlar üstünlük təşkil edirlər – 42 nəfər (52,5%). Etioloji amillər arasında qida allergenlərinin rolu daha böyükdür. Xəstələrin ağız boşluğunda SIgA səviyyəsi kontrol qrupdakına nisbətən 1,3 dəfə aşağı olmuşdur.

Downloads

Download data is not yet available.

Опубликован

2024-03-28

How to Cite

Şixəmmədova, A. (2024). UŞAQLARDA KƏSKİN ÖVRƏNİN KLİNİK-ANAMNESTİK XÜSUSİYYƏTLƏRİ VƏ XƏSTƏLƏRİN AĞIZ BOŞLUĞUNDA SEKRETOR IgA SƏVİYYƏSİ. Azərbaycan Tibb Jurnalı, (1), 111–114. https://doi.org/10.34921/amj.2024.1.017

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR