EV QAZLARINDA BAŞ BEYNİN SƏRT QİŞASININ FORMALAŞMASINDA İŞTİRAK EDƏN HÜCEYRƏVİ VƏ FİBRİLYAR STRUKTURLARIN MİKROSKOPİK VƏ ULTRASTRUKTUR XÜSUSİYYƏTLƏRİ

Авторы

  • Ş.Ə. Hüseynova Azərbaycan Tibb Universitetinin
  • İ.B. Sadiqi Azərbaycan Tibb Universitetinin
  • N.T. Quliyeva Azərbaycan Tibb Universitetinin
  • L.E. Yıldırım Azərbaycan Tibb Universitetinin
  • E.K. Qasımov Azərbaycan Tibb Universitetinin
  • S.A. Bağırova Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2024.1.022

Ключевые слова:

sərt qişa, sıx formalaşmamış birləşdirici toxuma, bioloji sədd, ultrastruktur, transmission elektron mikroskop

Аннотация

Məqalədə ev qazlarının baş beyninin sərt qişasının təşkilində iştirak edən hüceyrəvi və fibrilyar strukturların histoloji və ultramikroskopik elementlərini öyrənmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Baş beyin qişalarından götürülmüş tikələrdən elektron mikroskopiyada qəbul olunmuş protokollar üzrə Araldit-Epon blokları, onlardan isə Leica EM UC7 ultratomunda (Almaniya) yarım- və ultranazik kəsiklər alınıb müvafiq olaraq işıq (Primo Star-Zeiss) və elektron (JEM-1400 – Yaponiya) mikroskoplarında baxılaraq şəkilləri çəkilmişdir. Əldə olunan məlumatlar göstərir ki, ev qazlarında baş beyninin sərt qişası formalaşmamış sıx birləşdirici toxumalar üçün xas olan hüceyrəvi və fibrilyar quruluşa malik strukturlardan ibarətdir. Tədqiqat işində əsas məqsəd ev qazlarında sərt qişanın hüdudi hüceyrəvi qatının bioloji sədd funksiyasına malik olub-olmadığına aydınlıq gətirmək olmuşdur. Ev qazlarının baş beyninin sərt qişasının sərhəd hüceyələrinin fasiləsiz qat əmələ gətirməməsi və hüceyrəvi elementlərinin yerşlədiyi nahiyədən asılı olmayaraq onlar arasında ultrastruktur olaraq sıx əlaqələrin aşkar edilməməsi təsvir edilən qişa səviyyəsində bioloji sədd (baryer) olmadığını söyləməyə əsas verir.

Downloads

Download data is not yet available.

Опубликован

2024-03-28

How to Cite

Hüseynova, Ş.Ə., Sadiqi, İ.B., Quliyeva, N., Yıldırım, L., Qasımov, E., & Bağırova, S. (2024). EV QAZLARINDA BAŞ BEYNİN SƏRT QİŞASININ FORMALAŞMASINDA İŞTİRAK EDƏN HÜCEYRƏVİ VƏ FİBRİLYAR STRUKTURLARIN MİKROSKOPİK VƏ ULTRASTRUKTUR XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 142–149. https://doi.org/10.34921/amj.2024.1.022

Выпуск

Раздел

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT